• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    14-16 mart 2017-ci il

    Gürcüstan Respublikasının Tbilisi şəhərinin V.Saragişvili adına Dövlət Konservatoriyasında Norveç Krallığı, Bergen Universiteti nəzdində yerləşən Qriq Akademiyası, Bakı Musiqi Akademiyası,

    Tbilisi Dövlət Konservatoriyası və Qazaxıstan Konservatoriyası arasında həyata keçirilən “Music and Artistic Research Knowledge Network Eurasia” adlı layihəsinin universitetlər arası görüşü keçirilmişdir. Görüşdə BMA-nın Xarici tələbələrlə iş üzrə şöbənin Beynəlxalq layihələr üzrə mütəxəssisi Nigar İbrahimova iştirak etmişdir. Görüşdə layihə ilə tanışlıq, universitet nümayəndələri tərəfindən təqdimatlar göstərilmişdir. Həmçinin, layihə daxilində nəzərdə tutulan universitetlər arası tələbə mübadiləsi, birgə konsert təşkil olunması və universitetlərarası forumun keçirilməsi müzakirə edilmişdir.