7 mart 2017-ci il
Ü.Hacıbəyli adına BMA-da Polşanın Adam Mitskeviç İnstitutu tərəfindən 2011-ci ildən reallaşdırılan İ CULTURE ORCHESTRA proyekti çərçivəsində 28-29 noyabr 2016-cı il tarixində keçirilən dinləmələrin II turu və ustadlıq dərsləri keçirilmişdir.
Bu dərsləri professor Pol Kortez - Filadelfiya simfonik orkestrinin və Barselonanın Liseo opera teatrın simfonik orkestrinin birinci violini, və professor Robin O’Neill-İngiltərə Filarmoniyasının kamera orkestrinin və Avropa kamera orkestrinin baş faqot ifaçısı aparmışlar. Qeyd etmək lazımdır ki, İ CULTURE ORCHESTRA layihəsi Azərbaycan, Gürcüstan, Belorusiya, Moldova və Ukrayna ölkələrini əhatə edir və əsasən orkestr ifaçılarının ifa səviyyəsinin təkmilləşməsi istiqamətində iş aparır. Ustadlıq dərslərində ən istedadlı tələbələr seçilərək beynəlxalq orkestrin tərkibində müxtəlif ölkələrdə qastrol konsertləri ilə çıxış edirlər. 40-a yaxın nəfəs və simli alətlər şöbəsinin tələbələri böyük maraqla bu mühüm beynəlxalq layihədə iştirak etmişlər.