19 noyabr 2026-cı il
19 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris məsələləri üzrə prorektoru, professor Nərminə Quliyevanın rəhbərliyi ilə kafedra müdirlərinin iştirakı ilə işgüzar iclas keçirildi.
İclasda BMA-nın tədris prosesinin və müvafiq sənədləşmənin mövcud vəziyyətinin qiymətləndirilməsi, həmçinin müəyyən edilmiş tələblərə uyğunluğunun yoxlanılması məqsədilə 21 oktyabr- 5 noyabr tarixlərində keçirilən monitorinqlərin nəticələri müzakirə olundu.


