• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    4 noyabr 2026-cı il

    4 noyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsində “Gender bərabərsizliyi: mahiyyəti, əsas problemləri və həll yolları” mövzusunda maarifləndirici müzakirə keçirilib.

    Tədbirdə Akademiyanın Tədris işləri üzrə prorektoru Nərminə Quliyeva və Fortepiano fakültəsinin dekanı Nəzakət Rimazi iştirak ediblər.

    Fəlsəfə fənnini tədris edən Humanitar fənlər kafedrasının müəllimi Nazim İsmayılov mövzu ilə bağlı tələbələrə ətraflı məlumat verərək gender bərabərsizliyinin sosial mahiyyəti, cəmiyyətdə təzahür formaları, əsas problemləri və onların aradan qaldırılması yolları haqqında geniş izahat təqdim edib.

    Müzakirə çərçivəsində Fortepiano fakültəsinin Musiqi müəllimliyi ixtisası üzrə təhsil alan III kurs tələbəsi Zinyət Cahangirova da çıxış edərək mövzuya dair hazırladığı təqdimatı iştirakçıların diqqətinə çatdırıb.

    Görüş zamanı qadın və kişilərin bərabər hüquq və imkanlarının təmin edilməsi, gender stereotiplərinin aradan qaldırılması, ayrı-seçkiliyə qarşı mübarizə və cəmiyyətdə bərabərlik prinsiplərinin təşviqinin əhəmiyyəti vurğulanıb.

    Tədbirin əsas məqsədi tələbələrin gender bərabərliyi ilə bağlı bilik və məlumatlılıq səviyyəsinin artırılması, onlarda sosial məsuliyyət, bərabərhüquqluluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan dünyagörüşünün formalaşdırılması olub.