• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    29 oktyabr 2026-cı il

    29 oktyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin İxtisas Fortepiano kafedrasında II təhsil ili tələbələrinin Ansambl ifaçılığı fənni üzrə aralıq imtahanı keçirilib.

    İmtahanda komissiya üzvləri qismində Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru Nərminə Quliyeva, Fortepiano fakültəsinin dekanı Nəzakət Rimazi, İxtisas Fortepiano kafedrasının müdiri Samirə Aşumova, dosentlər Fəridə Sultanova və Arzu Məmmədova, müəllim Cəmilə Əmirova iştirak ediblər.
    İmtahan zamanı tələbələrin ansambl ifaçılığı üzrə bilik və bacarıqları qiymətləndirilib. Tələbələr «Fortepiano ansamblı» dərs vəsaitinə daxil olan pyesləri üzdən oxuyub, kollokvium suallarını cavablandırıb və sərbəst iş olaraq hazırladıqları musiqi əsərlərini təqdim ediblər.
    İmtahan tələbələrin musiqi mətnini sərbəst oxumaq, ansambl ifaçılığı vərdişlərini nümayiş etdirmək və nəzəri biliklərini tətbiq etmək bacarıqlarının qiymətləndirilməsi baxımından əhəmiyyət daşıyıb.