• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    24 oktyabr 2026-cı il

    “ALLEQRO”qəzetinin üçüncü buraxılışı işıq üzü görüb!

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyəti “Alleqro” qəzetinin üçüncü buraxılışını oxucularına təqdim etdi. Gənc nəslin elmi düşüncəsinin, yaradıcılıq axtarışlarının və musiqi mədəniyyətinə münasibətinin ifadəsi olan bu buraxılış Azərbaycan musiqişünaslığının aktual məsələlərini, müasir musiqi proseslərini və musiqi irsinin təbliği istiqamətində görülən işləri əhatə edir. “Alleqro”nun üçüncü buraxılışı gənclərin elmi təşəbbüsünün dəstəklənməsi, musiqi haqqında analitik düşüncənin inkişafı və akademik mühitdə yaradıcı əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində növbəti addımdır. Qəzet gənc musiqiçilərin tədqiqatlarını, ideyalarını və sənətə baxışlarını geniş oxucu auditoriyasına çatdıran elmi-ictimai platforma kimi çıxış edir.