19 oktyabr 2026-cı il
19-30 oktyabr tarixlərində Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının və Qazaxıstanın İncəsənət Universitetinin magistr tələbələri (2-ci qrup) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi təcrübə keçəcəklər.
Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva
Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə və bəstəkar professor Lalə Cəfərovanın qəbulunda olmuş, elmi rəhbərlərlə görüşmüşlər.
Eyni zamanda Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova, şöbənin əməkdaşı Firudin Əliyev ilə Bakı Musiqi Akademiyasında ekskursiya edib, binanın tarixi və ənənələri ilə yaxından tanış oldular,kitabxananı ziyarət etdilər.
Qazaxıstanlı magistr tələbələr yaradılan şəraitə, göstərilən isti münasibətə görə BMA-nın rəhbərliyinə, başda rektor, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə və kollektivə dərin minnətdarlıqlarını bildirdilər.
