19 oktyabr 2026-cı il
19 oktyabr 2026-cı il tarixində “İfaçılıq” fakültəsinin iclası keçirilmişdir.
İclasda fakültənin dekanı, professor N.Abbaszadənin sədrliyi ilə cari məsələlər müzakirə edilmişdir.
"Azərbaycan Mədəniyyəti - 2040" Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası və bu konsepsiya çərçivəsində keçiriləcək tədbirlər, açıq və ustad dərslər, dərslərin monitorinqi müzakirə edilmişdir. İclasda "Vokal sənəti" kafedrasının müdiri, professor X.Qasımova, "Nəfəs və zərb alətləri" kafedrasının müdiri, professor Y.Axundzadə, "Simli alətlər" kafedrasının müdiri, professor Ş.İbrahimova, "Kamera ansamblı" kafedrasının müdiri, professor K.Neymanova, tyütorlar L.Hacıyeva, İ.İmrani-Mironova iştirak etmişdilər.


