13 oktyabr 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin 13 oktyabr 2026-cl il tarixində iclası keçirildi.
İclasda “Fortepiano” fakültəsinin dekanı, professor Nəzakət Rimazi, “İxtisas fortepiano” kafedrasının müdiri, professor Samirə Aşumova, “Konsertmeyster ustalığı” kafedrasının müdiri, professor Gülnarə Acalova, “Fortepiano, orqan və klavesin” kafedrasının müdiri, professor Afaq Rüstəmova, “Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının müdiri, professor Elnarə Məmmədova, Təcrübə və məzunlarla iş şöbəsinin və Karyera Mərkəzinin müdiri Anar Seyidov iştirak etmişlər.
Bununla yanaşı, tələbələrin istehsalat təcrübəsinin təşkili məsələləri də müzakirə olunmuşdur. Təcrübə və məzunlarla iş şöbəsinin və Karyera Mərkəzinin müdiri Anar Seyidovla təcrübənin keçiriləcəyi müəssisələr, müddətlər və tələbələrin təcrübə yerləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq məsələlər həllini tapmışdır.


