16 oktyabr 2026-cı il
16 oktyabr 2026-cı il tarixində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Musiqi nəzəriyyəsi kafedrasının növbəti iclası keçirilib.
İclasda kafedranın cari fəaliyyəti, tədrisin təkmilləşdirilməsi və elmi-tədqiqat işlərinin təşkili ilə bağlı aktual məsələlər müzakirə olunub
Gündəlikdə duran əsas məsələlərdən biri bakalavriat səviyyəsi üzrə buraxılış işlərinin və magistrlik dissertasiyalarının mövzularının müzakirəsi və təsdiqi olub. Təklif olunan mövzuların aktuallığına, elmi əhəmiyyətinə və müasir musiqişünaslığın tələblərinə uyğunluğuna xüsusi diqqət yetirilib. Müzakirələr zamanı ayrı-ayrı mövzuların adlarının dəqiqləşdirilməsi və tədqiqat istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı tövsiyələr səsləndirilib.
İclas iştirakçıları, həmçinin Musiqi forması üzrə dərsliyin, yeni tədris proqramlarının yazılması, müasir tədris yanaşmalarının tətbiqi, nəzəri hazırlıqla tələbələrin praktik tədqiqat fəaliyyəti arasında əlaqələrin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar. İclas kafedranın tədris və elmi fəaliyyətinin gələcək inkişafı baxımından əhəmiyyət daşıyan məsələlərin işgüzar müzakirəsi şəraitində baş tutub.

