5 oktyabr 2026-cı il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası arasında bağlanan müqavilə əsasında Qazaxıstan Milli Konservatoriyasının magistr tələbələri (I qrup) 2025-ci il 05 - 16 oktyabr tarixlərində Bakı Musiqi Akademiyasında elmi təcrübə keçəcəklər.
Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva Üzeyir bəyin ocağına təşrif buyuran gənc musiqiçiləri qarşılayıb, hər zaman onlara dəstək olduqlarını bildirdi. O həmçinin, Azərbaycan-Qazaxıstan əlaqələrindən söz açıb, neçə illərdir bu ənənələrin davam etdiyini qeyd edərək, ali məktəblər arasındakı əməkdaşlığı təqdirəlayiq hal kimi yüksək qiymətləndirdi.
Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova tələbələrə ürək sözlərini bildirib, onlara ixtisasartırmanı uğurla başa vurmaqlarını arzuladılar.
Qazaxıstanlı magistr tələbələr yaradılan şəraitə, göstərilən isti münasibətə görə BMA-nın rəhbərliyinə, başda rektor, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə və kollektivə dərin minnətdarlıqlarını bildirdilər.

]


