9 sentyabr 2026-cı il
9 sentyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının iclası keçirildi.
İclasda ilk növbədə “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının əsas müddəaları və qarşıya qoyulan vəzifələr müzakirə olunmuşdur. Konsepsiyanın milli-mənəvi dəyərlərin qorunması, müasir mədəniyyət modelinin formalaşdırılması, mədəniyyət sahəsində sistemli və dayanıqlı inkişafın təmin edilməsi ilə bağlı əsas məqsədləri diqqətə çatdırıldı.
Sonra Xalq artisti, kafedra müdiri, professor Xuraman Qasımova müəllim heyəti ilə 2026/2027-ci tədris ili üzrə iş planlarının hazırlanması, dərs yüklərinin formalaşdırılması və bölgüsü, qarşıdakı tədris ilində həyata keçiriləcək fəaliyyətlərin düzgün və səmərəli planlaşdırılması məsələlərini müzakirə etmişdir.


