27 sentyabr 2026-cı il
27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir.
Artıq altı ildir ki, bu tarix Azərbaycan Respublikasında Anım günü kimi qeyd olunur.
Anım günü ilə əlaqədar Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, BMA-nın professor və müəllim heyəti tələbələrlə birgə Zəfər parkının girişində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini yad edərək, abidə önünə gül dəstələri qoydular.
Allah şəhidlərimizə rəhmət etsin!





