• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7-12 sentyabr 2026-cı il

    7-12 sentyabr 2026-cı ildə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə  Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” istirahət mərkəzində ali, orta ixtisas və peşə təhsili tələbələri üçün yay düşərgəsi təşkil edilmişdir.

    Bu tədbirdəÜzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 15 tələbəsi iştirak etmişdir. Şəhərsalma və Memarlıq ilinə həsr olunmuş  yay düşərgəsi aktiv olan gənclər üçün möhtəşəm bir fürsət olmuşdur.

    Tələbə düşərgəsi çərçivəsində “Süni intellekt və kibertəhlükəsizlik” mövzusunda görüş keçirmişdir. Tədbirin əsas məqsədi tələbələrin müasir texnologiyaların inkişafı, süni intellektin müxtəlif sahələrdə tətbiqi, rəqəmsal təhlükəsizlik, kibertəhdidlər və informasiya mühitində mövcud risklər barədə məlumatlılığın artırılması olub.

    Yay düşərgəsində tələbə-gənclər  üçün təşkil edilən müxtəlif  müsabiqələrdə, əyləncəli, intellektual yarışlarda  və idman oyunlarında Bakı Musiqi Akademiyasının nümayəndələri fəal iştirak etmişdir.  

    Yeni tədris ili ərəfəsində yay düşərgəsində tələbələrin rahat istirahəti təmin edilmişdir, onların təhsil həyatına yüksək motivasiya ilə başlamasına şərait yaradılmışdır.