10 sentyabr 2026-cı il
10 sentyabr 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına BMA-nın Tədris-Metodiki Şurasının BMA-nın dekanlarının, kafedra müdirlərinin və Tədris-Metodiki Şurasının üzvlərinin iştirakı ilə geniş iclası keçirilmişdir.
İclası BMA-nın Tədris İşləri üzrə prorektoru, Tədris-Metodiki Şuranın sədri, professor Nərminə Quliyeva aparırdı. İclasda önə çəkilən məsələlər yeni 2026-2027-ci tədris ilində Dövlət Proqramlarını əsas tutaraq illik iş planlarını tərtib etmək, tədrisin keyfiyyətini daha da artıraraq, tədrisdə ənənəvi üsullarla yanaşı yeni elmi metodologiyalara üstünlük verməyin əsas məsələlərdən biri olduğu və digər məsələlər iclas iştirakçılarının nəzərinə çatdırıldı.


