Azərbaycan Tibb Universitetinin Tədris İdman Kompleksində 26 may tarixində Gənclər və İdman nazirliyi Bakı şəhər Gənclər və İdman İdarəsi və ATU-nun birgə təşkilatçılığı iıə ali təhsil müəssisələrinin tələbələri və
əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü və 28 May – Müstəqillik Gününə həsr olunmuş “Zəfər festivalı – 3” layihəsi çərçivəsində idman yarışlarının təltifolunma və təntənəli bağlanış mərasimi keçirilib.
“Zəfər festivalı – 3” yarışlarında 30 ali təhsil müəssisəsinin komandaları şahmat, dama, nərd, voleybol, stolüstü tennis, kəndirdartma, oxatma və 3×3 basketbol idman növləri üzrə yarışıb.
Medalların ümumi sayına görə Azərbaycan Dillər Universiteti və Bakı Musiqi Akademiyasının komandaları 2 qızıl, 1 gümüş və 1 bürünc medalla III yeri bölüşüb.
Azərbaycan Dövlət İqtisad Universitetinin komandası 2 qızıl, 4 gümüş və 4 bürünc medalla II yerdə qərarlaşıb.
Azərbaycan Tibb Universitetinin komandası 8 qızıl medalla üçüncü dəfə 30 ali təhsil müəssisəsi arasında qalib olub.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşı dosent Züleyxa Abdulla şahmat üzrə yarışda qadınlar arasında 1-ci yeri qazandığına görə,
Tahir Fərəcov nərd üzrə yarışda 1-ci yeri qazandığına görə, Samira Alişova nərd üzrə yarışda qadınlar arasında 3-cü yeri qazandığına görə kubok, medal və diplomlarla təltif edilmişdirlər.
Əməkdaşlarımızı uğur münasibəti ilə təbrik edirik!

