• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 may 2026-cı il

    Musiqi müəllimliyi ixtisası üzrə tələbələrlə maarifləndirici ekskursiya

    07 may 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti Nərgiz Hüseynova  “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbələrilə birlikdə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev muzeyinə ekskursiya təşkil etmişlər.

    Tələbələr muzeydə nümayiş olunan eksponatlarla tanış olaraq, görkəmli şəxsiyyətin həyat və yaradıcılığı, elmi-pedaqoji fəaliyyəti və ictimai xadim kimi xidmətləri haqqında maraqlı məlumatlar əldə etdilər.

    Tələbələr göstərdikləri diqqətə, səmimi münasibətə görə muzeyin əməkdaşlarına öz minnətdarlıqlarını bildirdilər.

     Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrini tanıtmaq və gələcək musiqi müəllimlərinin maariflənməsi bu cür ekskursiyalar vasitəsilə davam edir.