• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 aprel 2026-cı il

    27 aprel 2026-cı il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Mülki müdafiənin illik tədbirlər planına əsasən Mülki Müdafiənin rəhbər heyətlə nümunəvi toplanış məşqi keçirilmişdir.

    Məşqin mövzusu "Fövqəladə hallar və nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması " olmuşdur. Nəsimi rayonu üzrə Fövqəladə hallar və Mülki müdafiə şöbəsinin baş zabiti E.Paniyev, baş zabit kapitan A.Həsənov, baş məsləhətçi R.Həsənzadə BMA -nın rəhbər heyət və işçi kollektivinə obyekt mülki müdafiə məşqi keçmişlər. Məşqin əsas məqsədi ərazi mülki  müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı yoxlanılıb, birgə fəaliyyətlərini uzlaşdırılması, komandir- rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olmuşdur.Tədbir uğurla reallaşdırıldıqdan sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.