• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    25 aprel 2026-cı il

    Azərbaycan Tibb Universitetinin Şahmat İdman klubunda 25 aprel tarixində  Gənclər və İdman nazirliyi  Bakı şəhər Gənclər və İdman İdarəsi və ATU-nun “Təbib” İdman Klubunun birgə təşkilatçılığı ilə ali təhsil müəssisələrinin əməkdaşları və müəllimlər

    arasında idman növləri üzrə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə və 28 May - Müstəqillik gününə həsr olunmuş "ZƏFƏR FESTİVALI - 3" adlı idman yarışları keçirildi. 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının əməkdaşları - idman klubunun müdiri Kəmalə Əhmədovanın təşəbbüsü ilə Samirə Əlişova və Tahir Fərəcov nərd üzrə yarışa qatılmışlar. 

    Yarışda 8 Ali təhsil müəssisəsindən əməkdaşlar iştirak etmişlər. Samirə Əlişova 10 qadın arasında  3-cü yeri, Tahir Fərəcov isə 25 kişi arasında 1-ci yeri qazanmışdır. 

    Əməkdaşımızı uğur münasibəti ilə təbrik edirik!