21 aprel 2026-cı il
21 aprel 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “Təcrübə və məzunlarla iş” şöbəsinin və Karyera Mərkəzinin müdiri Anar Seyidov, mərkəzin mütəxəssisi Mənsurə Quliyeva 4-cü kurs tələbələri ilə növbəti iclas keçirdilər.
İclasda məzunların gələcəkdə iş həyatına inteqrasiyası zamanı CV-lərin hazırlanması, forması, düzgün yazılışı, magistraturaya müraciət qaydası haqqında tələbələrə məlumat verildi.
Həmçinin xarici ölkələrdə təhsil alan bir neçə məzunlarla canlı bağlantı yaradıldı.
Həmin tələbələr xaricdə təhsillə bağlı müraciət formaları, üstünlükləri, problemləri haqqında fikirlərini bölüşdülər.
Sonda tələbələrin irad və təklifləri dinlənilib, sualları cavablandırıldı.


