26 fevral 2026-cı il
26 fevral 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyası və
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyəti
“Xocalı – xalqımızın unudulmayan faciəsi” adlı tədbir keçirildi.
Tədbiri giriş sözü ilə elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə açaraq Xocalı soyqırımının faciəsi haqqında ətraflı məlumat verib. Bununla yanaşı, Tələbə Elmi Cəmiyyətinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayeva da öz çıxışında Xocalı faciəsinin bəşəriyyətə qarşı törədilmiş ağır cinayətlərdən biri olduğunu, bu hadisənin tarix boyu unudulmamasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğuladı.
Tədbirdə Xocalı faciəsinə həsr olunmuş “Haray” bədii-sənədli filmindən fraqment nümayiş olunub.
Tədbir zamanı həm elmi-tədqiqat laboratoriyasının əməkdaşları və həm də “Tarix nəzəriyyə” fakültəsinin tələbələri çıxış etdilər.
Məruzələr sırasında elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Əli Əliyev “XX əsrin faciəsi – Xocalı soyqırımı”, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Bəkirova “Azərbaycan bəstəkarlarının əsərlərində Xocalı faciəsi”, elmi işçi Günay Həsənova “Xocalıya Ədalət: həqiqətlərin dünyaya çatdırılması”, eləcə də
“Tarix-nəzəriyyə” fakültəsinin I kurs tələbələri Validə Hacıyeva “Ağrıdan sənətə Xocalı soyqırımının musiqidə təcəssümü”, Gülcan Əhmədova “ Xocalı mövsuzu ədəbiyyatda”, “Sabah” qruplarının II kurs tələbələri Nəzrin Məmmədova “Xocalı qan yaddaşımız”, Ayşən Rəfizadə “Xocalı mövzusu kinofilmdə”, Dürnisə Hüseynova “Xocalının intiqamı” adlı mövzuları dinlənildi. Əsasən də bu tarixi faciənin, Xocalı soyqırımının təcəssümü tələbələrimizin vətənpərvər çıxışlarında öz əksini tapıb. Tələbələrin məruzələri tarixi faciəni əks etdirən video slaydlarla təqdim olunmuşdur. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Xocalıya olan səfəri video rolik halında nümayiş etdirildi.
Tədbirin bədii hissəsində bəstəkar, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rüfət Ramazanovun Xocalı soyqırımına həsr etdiyi “And” poemasına hazırlanmış video-çarx və elmi işçi Nigar Bayramovanın ifasında Xalq şairi Zəlimxan Yaqubun “Xocalım, ay Xocalım” şeiri təqdim olunub.
Tədbirdə BMA-nın professor müəllim heyəti və tələbələr iştirak etmişdirlər.





