• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    20 fevral 2026-cı il

    20 fevral 2026-cı il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi ilə birgə təşkil olunmuş "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və

    narkomanlığa qarşı mübarizə"yə dair müəllim və tələbə heyəti ilə maarifləndirici görüş keçirildi.

    Öncə tədbirdə Azərbaycanın Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova “Ağ ölüm” adlandırılan bəşəriyyətin qorxulu kabusu olan  Narkomaniyanın zərərlərindən, onun acı nəticələrindən söz açdı. Y.Axundova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilib, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə sayca dördüncü “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın uğurla icra olunmasını nəzərə çatdırdı.

    O, həmçinin dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən çox asılı olduğunu, buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi dövlətin və cəmiyyətin, hər birimizin əsas vəzifəsi  olduğunu bildirdi.

    Sonra musiqi nömrələri səsləndirildi:

    Niyazinin “Rast” simfonik muğamından fraqmentlər (İfa edir: BMA-nın tələbəsi, beynəlxalq müsabiqələr laureatı Kənan Bağırov

    Müşayiət edir: Arzu Səfərova),

     Emil Əfrasiyabın “Ü.Hacıbəyli əsərlərinə Parafraz” (İfa edir: BMA-nın I kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Ərtoğrul Balayev),

     Müslüm Magomayevin “Ey!əziz anam, Azərbaycan!” (İfa edir: BMA-nın 4-cu kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Rauf Məmmədzadə, Müşayiət edir: Şəhla Quliyeva).

    Bədii hissədən sonra Nəsimi rayon Polis İdarəsinin rəisi, polis polkovniki, Vüqar Ağayev insan həyatında ciddi fəsadlar yaradan, cəmiyyətdə “ağ ölüm”  kimi tanınan, ən ağrılı ümumbəşər problemlərdən biri olan narkomaniyailə bağlı maarifləndirici söhbətlər aparıb, danışılanları əsaslandıran video-çarxlar tələbələrə nümayiş etdirildi.