• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 noyabr  2025-ci il 

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna

    əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır

    Bakı Musiqi Akademiyasında Zəfər günü ilə əlaqədar silsilə keçirilən konsertlər, müsabiqələr, festivallarla yanaşı seminarlar da təşkil olunur

    07 noyabr 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 44 günlük Vətən mübaribəsində şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, “İfaçılıq” fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə, Tarix-nəzəriyyə fakültəsinin dekanı, professor Gülzar Mahmudova, “Humanitar fənnlər” kafedrasının müdiri, professor Tərlan Quliyev və digər professor-müəllim heyəti tərəfindən dərs zamanı ll Qarabağ müharibəsində qazanılan qələbədən, Zəfər günündən mühazirələr keçirilmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman övladlarımızın şücaətindən, igidliyindən bəhs olunmuş, xatirələri anılmışdır.

     

    Yaşasın Ali Baş Komandan! 

    Eşq olsun Müzəffər Azərbaycan Ordusuna!

    Qarabağ Azərbaycandır!