31 oktyabr 2025-ci il
24-31 oktyabr tarixlərində Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının ikinci kurs magistr tələbələri (2-ci qrup) Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında elmi təcrübə proqramını uğurla başa vurdular.
Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor Nərminə Quliyeva, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, Elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova elmi təcrübə proqramını başa vurmuş tələbələri təbrik edib, onlara sertifikatlar təqdim etdilər.
Əlavə Təhsil şöbəsinin müdiri, dosent Nərgiz Hüseynova, şöbənin əməkdaşı Firudin Əliyev də gənc musiqiçilərə gələcək fəaliyyətlərində uğurlar arzu etdilər.
Qazaxıstanlı magistr tələbələr yaradılan şəraitə, göstərilən isti münasibətə görə BMA-nın rəhbərliyinə, başda rektor, Xalq artisti, professor Fərhad Bədəlbəyliyə və kollektivə dərin minnətdarlıqlarını bildirdilər.


