6 oktyabr 2025-ci il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə giriş sözü ilə Akademiyanın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Aqil Qafulov çıxış etdilər. N.Quliyeva, Aqil Qafulov və fakültə dekanları müəllimləri - Xalq artisti, “Simli alətlər” kafedrasının professoru Zəhra Quliyeva, Xalq artisti, “Solo oxuma və opera hazırlığı” kafedrasının professoru Gülnaz İsmayılova, “Ənənəvi musiqi və müasir texnologiyalar” kafedrasının dosenti Leyla Zöhrabova, “Konsermeyster ustalığı” kafedrasının dosenti Afaq Aşumova, BMA-nın baş müəllimi Alyona İnyakina, “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi Aytən Bağırovanı peşə bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Onlara fəxri fərman, gül dəstəsi və pul mükafatı təqdim edildi.