• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    30 sentyabr 2025-ci il 

    Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş yeni nəşr: “Üzeyirin ecazkar dünyası” kitabının təqdimatı keçirildi.

    30 sentyabr 2025-ci il tarixində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində “Üzeyir Hacıbəylinin ecazkar dünyası” (Gənc musiqiçilər üçün intelektual oyunlar) kitabının təqdimat mərasimi keçirildi.
    Tədbirin açılışında çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli dahi bəstəkar Üzeyir bəyin 140 illik il dönümü ərəfəsində belə qiymətli bir kitabın işıq üzü görməsini əlamətdar hadisə kimi qiymətləndirdi və yeni nəşrin ərsəyə gəlməsində zəhməti keçən hər kəsə təşəkkürünü bildirdi.
    Sonra söz kitabın müəllifi Əməkdar incəsənət xadimi, BMA-nın “Azəfbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, professor Tariyel Məmmədova verildi.
    T.Məmmədov görkəmli bəstəkar, musiqişünas, publisist, dramaturq, pedaqoq və Şərqdə ilk operanın müəllifi, Xalq artisti, Dövlət mükafatları laureatı, AMEA-nın həqiqi üzvü Üzeyir Hacıbəylinin 140 illik yubileyi yubileyi münasibətilə hazırlanmış “Üzeyirin ecazkar dünyası” kitabı musiqisevərlərə dahi bəstəkarın həyat və yaradıcılığını interaktiv formada tanıtdı. O kitab haqqında məlumat verərək, topluya musiqili rebuslar, krossvordlar, sudoku, filvordlar, anaqramlar və tapmacalar daxil edildiyini bildirdi. Həm də nəşrin  şagirdlər, müəllimlər və valideynlər üçün nəzərdə tutulub, həm fərdi, həm də kollektiv şəkildə istifadəyə uyğun olduğunu qeyd etdi.                               
     Sonra Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, professor Könül Hüseynova da çıxış edərək, kitabın əhəmiyyətdən bəhs etdi.
    Qeyd edək ki, yeni nəşr Azərbaycanda musiqiyönümlü tədris prosesinə qeymifikasiya (oyunlaşdırma) prinsipinin tətbiqinə ilk nümunələrdən biridir. Tapmaca və intellektual oyunların əyləncəli formatda təqdimatı biliklərin daha asan mənimsənilməsini təmin edir, analitik və tənqidi təfəkkürü inkişaf etdirir.
    Kitab Azərbaycanda ilk dəfə olaraq virtual muzeylə müşayiət olunur. Virtual muzey pedaqoji cəhətdəndəstəklənmiş rəqəmsal tədris vasitəsi olaraq biliklərin vizual vəinteraktiv təqdimatına, təhsilalanlarda idrak motivasiyasınınyüksəldilməsinə xidmət edir.
    Kitabda təqdim edilən QR-kod vasitəsilə oxucular Üzeyirbəy Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş virtual muzeyə keçid əldə edirlər. Burada eksklüziv materiallar, eksponatlar və əlavə məlumatlarla tanış olmaq, mövzu üzrəbilikləri genişləndirmək və kitabda verilən tapmaca və suallaradüzgün cavab tapmaq mümkündür.
    “Üzeyirin ecazkar dünyası” nəşrinin müəllif kollektivinin başlıca məqsədi milli musiqi mədəniyyətimizi və xüsusilə də Üzeyir Hacıbəyli dühasının irsini müasir, interaktiv və rəqəmsal formatda yeni nəslə sevdirmək və tanıtmaqdır.