• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    3 iyun 2025-ci il 

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası adını daşıdığı dahi şəxsiyyətin 140 illiyi çərçivəsində maraqlı layihər, tədbirlərlə çıxış edir. Belə bir maraqlı layihələrdən biri də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə yaradılan “Allegro” qəzetidir ki, onun ilk nəşri çox əlamətdar tarixə təsadüf edir. Qəzetin ilk nəşri 2025-ci ildə çap olunmuşdur. Qəzet Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi çərçivəsində işıq üzü görərək, həm musiqi ictimaiyyəti, həm də tələbə auditoriyası üçün xüsusi mənəvi dəyər daşıyır.

    “Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri, əlamətdar hadisələri, eləcə də istedadlı gənclərin tədqiqat və yaradıcılıq fəaliyyətini işıqlandırmaqdır. Qəzet həm klassik ənənələrə sadiq qalır, həm də müasir tələblərə uyğun şəkildə yenilənmə ruhunu əks etdirir. Nəşrdə tanınmış bəstəkarların yubileylərinə həsr olunmuş məqalələr, musiqi tədbirlərinə dair icmallar, müsahibələr və tələbə yaradıcılığına dair yazılar yer almaqdadır.

    Adını musiqidə sürətli və canlı temp termini olan “Allegro”dan alan qəzet, musiqi təhsili alan gənclərin enerjisini, elmə və sənətə bağlılığını simvolizə edir. Nəşr həmçinin Azərbaycan musiqi mədəniyyətinin zəngin irsini yeni baxışlarla təqdim etməyi və bu sahədəki elmi-nəzəri axtarışları dəstəkləməyi qarşıya məqsəd qoyur.

    “Allegro” qəzeti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Elmi Cəmiyyətinin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Minaxanım Babayevanın dəstəyi ilə ərsəyə gəlmiş və tələbələri musiqi dünyasına daha dərindən yiyələnməyə dəvət edən  yeni bir informasiya platformasıdır.