• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    26 may 2025-ci il 

    26 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı”, “Humanitar fənnlər”, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedralarında iclas keçirildi.

    İclas 27 may tarixində “Fortepiano,orqan və klavesin” kafedrasında, 29 may tarixində  “Musiqi nəzəriyyəsi”, “Nəfəs və zərb alətləri”, “Xor dirijorluğu”, 30 may tarixində isə “İxtisas fortepiano” kafedralarında keçirildi.

    Kafedra müdirləri - Xalq artisti, professor Xuraman Qasımova, professor Tərlan Quliyev, professor Elnarə Məmmədova, professor Afaq Rüstəmova, professor Könül Nəsirova, Xalq artisti, professor Yusif Axundzadə, Xalq artisti, professor Gülbacı İmanova, Əməkdar artist, professor Samirə Aşumova və müəllim heyətinin iştirakı ilə keçirilən iclasda Magistratura pilləsi üzrə İxtisasların Proqram Təlim Nəticələrinin hazırlanması və yay imtahan sessiyasına hazırlıqla bağlı məsələlər müzakirə olundu.

    Musiqiçilər öz ixtisasları üzrə rəy bildirmiş və təlim nəticələrini təqdim etmişlər.