• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    27 may 2025-ci il 

     “Zidd” kitabının müzakirəsi – Ziddiyyətlərin dərinliklərinə səyahət

     27 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Beatspace”in kitab klubunda yazıçı və psixoloq Orxan Şahbazın iştirakı ilə “Zidd” kitabının müzakirəsi baş tutdu.

    Görüş zamanı ziddiyyət anlayışına fərqli prizmalardan baxıldı:

    ???? Cəmiyyət içində yaranan əsas ziddiyyətlər nələrdir?

    ???? Bu ziddiyyətlərin kökü haradan gəlir?

    ???? İnsanlar niyə daxili və xarici qarşıdurmalarla üz-üzə qalır?

    Bəzən ziddiyyət sadəcə fikir ayrılığı deyil, bir dönüş nöqtəsi, insanın özünü daha dərindən anlamaq fürsəti olması haqqında müzakirələr aparıldı.

    Diskussiya iştirakçıları ilə birlikdə cəmiyyətimizdəki sosial, psixoloji və mədəni təbəqələşmələrdən doğan ziddiyyətləri təhlil olundu.