22 may 2025-ci il
21 may 2025-ci il tarixində “İnkluziv həyatın çətinlikləri -Möcüzə” adlı tədbir keçirildi.
Tədbirdə BMA-nın “Musiqi müəllimliyi” ixtisasının lll kurs tələbəsi Nazə Hacıyeva öncə İnkluziv həyatın çətinliklərindən danışaraq, təhsil sistemində onlar üçün çətinliklərin qarşısının alınması üçün yaradılan şəraitdən, eyni zamanda onun kimi Bakı Musiqi Akademiyasında təhsil alan digər tələbələrə də göstərilən diqqət və dəstəkdən söz açdı və “Möcüzə” əsəri ilə çıxış etdi.
Sonra AMK-nın milli vokal ixtisası üzrə ll kurs tələbəsi Sara Hüsyenova Səid Rüstəmovun “İntizar” əsərini ifa etdi (Müşayiət edir BMA-nın Musiqi müəllimliyi ixtisası üzrə lll kurs tələbəsi Nazə Hacıyeva)
Tədbirdə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin Tarix müəllimi Ülvi Məmmədov çıxış etmişdir.
Ü.Məmmədovun çıxışının ardınca ADMİU-nun “İnstrumental ifaçılıq” ixtisası üzrə ll kurs tələbəsi Ruslan Əsədullayev Leo Blrouverin “Bir noyabr günü” əsərini səsləndirdi.
Sonda BMA-nın Akademik vokal ixtisası üzrə lV kurs tələbəsi Səməd Novruzov Süleyman Ələsgərovun “Vətənimdir” əsərini dinləyicilərə təqdim etdi (Müşayiət edir: BMA- nın Musiqi müəllimliyi ixtisası üzrə lll kurs tələbəsi Samirə Bagiyeva)
Tədbir hər kəsin marağına səbəb oldu.