7 may 2025-ci il
7 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının 4-cü kurs tələbələrinin dövlət imtahanı keçirildi.
BMA-nın Böyük zalında baş tutan buraxılış imtahanında gənc musiqiçilər 4 il ərzində yiyələndikləri bilikləri müvəffəqiyyətlə nümayiş etdirməyə çalışdılar.
Azərbaycan vokal sənətinin ənənələrini qoruyan Xalq artisti, Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının müdiri, professor Xuraman Qasımovanın peşəkar pedaqoji fəaliyyəti nəticəsində onlarla gənc musiqiçi yüksək biliklərə yiyələnib, musiqi mədəniyyətimizi ölkə hüdudlarından kənarda da uğurla təmsil edirlər.