6 may 2025-ci il
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq may ayının 6-də YAP Nəsimi rayon təşkilatı tədbir keçirdi.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş sərgi, bədii hissə və video-çarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov ümummilli lider Heydər Əliyevin müdrik siyasətindən, hər zaman Azərbaycan xalqının mənafəyini qorumasından bəhs etdi.
Həmçinin Ümummilli Liderin əsasını qoyduğu siyasətin Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsini nəzərə çatdırdı.
Tədbirdə Əməkdar müəllim, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və BMA üzrə YAP təşkilatının sədri professor Mina Hacıyeva da iştirak etmişlər.
Sonda Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə tədbir yekunlaşmışdır.