15 aprel 2025-ci il
15 aprel 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının baş müəllimi Nərgiz Nəzərovanın kuratoru olduğu psixologiya üzrə mühazirə keçirildi.
Mühazirədə konstruktiv və destruktiv tənqidlər mövzusu ətrafında maraqlı və dərin bir müzakirə aparıldı. Bu tənqidlər gündəlik həyatımıza, münasibətlərimizə və qərarvermə prosesimizə necə təsir etdiyi araşdırıldı.
Görüşdə iştirakçılar öz daxili dünyalarına nəzər salaraq fərdi müşahidələrini bölüşdülər. Əsas nəticə olaraq vurğulandı ki, hər bir dəyişiklik və inkişaf prosesi insanın özündən başlayır.
Bu cür görüşlər fərdi inkişaf və özünü daha yaxşı anlamaq baxımından böyük əhəmiyyət daşıyır.