4 mart 2025-ci il
4 mart 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova,
Xarici tələbələrlə İş üzrə şöbə müdiri Röya Hüseynova və şöbənin əməkdaşı Rəşad Məmmədovun iştirakı ilə xarici tələbələrin ənənəvi iclası keçirildi.
İclasda təhsil, tədrislə bağlı aktual mövzular, miqrasiya məsələləri, növbəti aprel ayında baş tutacaq hər il mütəmadi olaraq keçirilən hesabat konserti və s. mövzular müzakirə olundu.
Sonra tələbələrin fikirləri dinlənildi və onları maraqlandıran suallar cavablandırıldı.
Xarici tələbələrlə iş üzrə şöbə daim tələbələrlə sıx ünsiyyətdədir. Keçirilən bu tip iclaslar da xarici tələbələrin problemlərinin həllinə, onların ünsiyyətinin gücləndirilməsinə kömək edir.