• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 fevral 2025-ci il

    28 fevral 2025-ci il tarixində AMEA - nın əsas binasının Dairəvi akt zalında 01 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunan "Mülki Müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır"  mövzusunda tədbir keçirildi.  

     Fövqəladə Hallar Nazirliyinin  Mülki Müdafiə işinin təşkili Baş idarəsinin və AMEA - nın birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə əməkdar müəllim,  BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və BMA-nın Mülki Müdafiə Qərargahının rəisi Səidə Turabova iştirak etmişdir.

    Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibəyli Ümumdünya Mülki Müdafiə Gününün məqsəd və vəzifələri barədə giriş hissədə ətraflı məlumat verdi. Daha sonra tədbirdə FHN-nin Mülki Müdafiə işinin təşkili Baş İdarəsinin rəisi general-mayor Niyazi Zamanov, "Azərcell Telekom " MMC- nin Biznesin Dayanıqlığı şöbəsinin rəhbəri Anar Mirzəyev, "Azərbaycan Dəmir Yolları" QSC - nin SƏTƏM rəhbəri Bəhruz Nəcəfli, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin Səhiyyə fövqəladə hallar proqramının rəhbəri doktor Kamran Məşhədi günün mövzusuna dair çıxışlar etdilər.