27 fevral 2025-ci il
27 fevral 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrasının baş müəllimi Nərgiz Nəzərovanın kuratoru olduğu “Özünə inamın formalaşması:
Şübhələrdən necə qurtulmaq və potensialını üzə çıxarmaq” mövzusu müzakirə olundu.
Bugünkü görüşümüz özünə inamın formalaşması və daxili şübhələrin aradan qaldırılması mövzusunda dərin düşüncələrə və maraqlı müzakirələrə səbəb oldu. Tələbələr özlərini daha yaxından tanımaq üçün üç müsbət və üç mənfi xüsusiyyətlərini yazaraq introspektiv bir təcrübə yaşadılar. Bu tapşırıq onların öz güclü və zəif tərəflərini obyektiv şəkildə dəyərləndirməsinə kömək etdi.
Müzakirələr zamanı aydın oldu ki, özünə inamın inkişafı üçün insanın öz müsbət tərəflərini dərk etməsi qədər, zəif cəhətlərini qəbul etməsi və onları inkişaf etdirməyə çalışması da vacibdir. Hər bir tələbə öz potensialını kəşf etmək üçün ilk növbədə daxili dialoqunu müsbət istiqamətə yönləndirməyin əhəmiyyətini dərk etdi.
Görüşümüzün nəticəsi olaraq belə qənaətə gəldik ki, şübhələrdən azad olmaq üçün:
• Mənfi düşüncələri analiz edib onları konstruktiv şəkildə dəyişdirmək,
• Öz uğurlarını qeyd etmək və dəyərləndirmək,
• Kiçik addımlarla olsa belə, davamlı irəliləmək lazımdır.
Ümid edirik ki, bu görüş tələbələrə gələcəkdə daha özünəinamlı və potensialını tam şəkildə üzə çıxaran fərdlər olmaq üçün stimul verəcək.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
“İxtisas fortepiano” kafedrasının
baş müəllimi Nərgiz Nəzərova