• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 fevral 2025-ci il

    Mərakeş Krallığının Bakı Musiqi Akademiyasına səfəri və beynəlxalq musiqi əməkdaşlığı

    18 fevral 2025-ci il tarixində  Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Məhəmməd Adil Embarş, səfirin müşaviri Fatine Ben El Fakih-müşavir və  səfirin köməkçisi Ülviyyə Nağıyeva təhsil və mədəni əlaqələrin inkişafı məqsədi ilə  Bakı Musiqi Akademiyasına səfər etmişlər. Cənab səfir BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor,  Yeganə Axundova ilə görüşmüşlər. Onlar iki ölkə arasında təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsindən danışmış, yeni layihələrin yaradılması  üçün mədəni əlaqələrin gücləndirilməsindən və bu istiqamətdə mühüm işlər görülməsi barəsində mükazirə aparmışlar.

    Görüş zamanı  Mərakeş Krallığında keçiriləcək Beynəlxalq Əlahəzrət Şahzadə Lalla Meryem Fortepiano Müsabiqəsindən bəhs olundu. Bu müsabiqə klassik musiqinin təbliğinə və gənc pianoçuların  təşviq edilməsinə xidmət edir. Azərbaycanlı pianoçuların da bu müsabiqəyə cəlb olunması təklifi irəli sürüldü və bu barədə geniş söhbətlər aparıldı.

    Bakı Musiqi Akademiyası mədəniyyətlərarası əməkdaşlığa xüsusi önəm verir və Mərakeş Krallığı ilə musiqi sahəsində qurulan əlaqələrin daha da inkişaf etdirilməsini dəstəkləyir.