• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 fevral 2025-ci il

    Venesuela səfirinin Bakı Musiqi Akademiyasına səfəri və beynəlxalq musiqi əməkdaşlığı

    17 fevral 2025-ci il tarixində Venesuelanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez Berroteran və səfirin köməkçisi-tərcüməçisi Elvira Səfərova Bakı Musiqi Akademiyasına (BMA) növbəti dəfə səfər etdilər. Səfir Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor,  pianoçu Yeganə Axundova ilə görüşüb, iki ölkə arasında musiqi və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
    Görüş zamanı Venesuelanın Müstəqillik Gününə həsr olunmuş xüsusi konsertin təşkili ideyası irəli sürülmüşdür. Bu konsertdə Venesuelanın incəsənət nümayəndələri, vokalçılar və Bakı Musiqi Akademiyasının simfonik orkestri və musiqiçiləri birgə çıxış etmələri planlaşdırılır. Tədbirə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin dəvət edilməsi nəzərdə tutulur.
    Səfər çərçivəsində  Yeganə xanım Akademiyanın tarixi və fəaliyyəti, struktur bölmələri, departamentləri və beynəlxalq mədəni əlaqələri haqqında ətraflı məlumat verdi. O, həmçinin səfir Kristofer Martinez Berroteranı Akademiyanın Böyük zalı ilə tanış edərək burada keçiriləcək beynəlxalq səviyyəli tədbirlərdən danışdı.
    Bakı Musiqi Akademiyası mədəniyyətlərarası əməkdaşlığa xüsusi önəm verir və Venesuela ilə musiqi sahəsində qurulan əlaqələrin daha da inkişaf etdirilməsini alqışlayır.