23 yanvar 2025-ci il
2025-ci il 23-26 yanvar tarixlərimdə Qazaxıstan, "Astana Stars" təşkilatı tərəfindən "Grand Piano" lll Beynəlxalq fortepiano müsabiqəsi keçirildi.
Müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsi, magistr II kurs tələbəsi Rəhimə Əhmədova iştirak edərək (müəllim: Xalq Artisti, professor Yeganə Axundova) Grand-Prix mükafatı qazanmışdır.
Həmçinin Xalq Artisti, BMA-nın Beynəlxalq əlaqələr, Sosial məsələlər və İctimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə xanım Axundovaya təşəkkür məktubu və medal göndərilmişdir.