5 noyabr 2024-cü il
2024-cü il 5-7 noyabr tarixlərində Muzey Mərkəzində COP-29 və Sabah qruplarının 10 illiyinə həsr olunmuş “Davamlı Gələcək üçün İncəsənət” adlı incəsənət sərgisi keçirildi.
Sərgidə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qruplarının istedadlı tələbələri, “Detaşe-Sabah“ violinoçular ansamblı (Xalq artisti, bədii rəhbər Zəhra Quliyeva), Sabah xorunun (bədii rəhbər Dmitriy Babayev) ifasında Azərbaycan, Qərbi Avropa və rus bəstəkarlarının əsərləri dinləyicilərə təqdim olundu.
Tədbir tamaşaçılar tərəfindən böyük hərarətlə qarşılandı.