• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 noyabr  2024-cü il

    6 noyabr 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına BMA-nın “Musiqi Nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayevanın I kurs “Fortepiano” ixtisası tələbələri ilə “Zəfər Gününə” həsr olunmuş sinif tədbiri keçirildi.

    Tələbələrdən Bayramlı Lalə, Əlizadə Fidan, Mahmudova Aytac, Məmmədli Şəms “Zəfər Gününə” həsr olunmuş məruzələrlə  çıxış edərək, Vətənimizin şanlı tarixini bir daha xatırladılar. Çıxışlar arası Əlizadə Zümrüd, Yusibova Şəhla,Zalıyeva Mehin, Əliyeva Solmaz  rəngarəng əsərlər ifa edərək tədbiri daha da maraqlı etdilər.

    “Zəfər Gününə” həsr olunmuş tədbirdə tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova,“Musiqi Nəzəriyyəsi” kafedrasının müdiri, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova, Əməkdar incəsənət xadimi, professor Həcər Babayeva və başqaları iştirak etdilər.