• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    28 oktyabr 2024-cü il

    28 oktyabr 2024-cü il tarixindən Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyasının tələbələrinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında keçdikləri elmi-ixtisasartırma dərsləri  davam etməkdədir. 

    Bu günlər ərzində tələbələr Bakı  Musiqi Akademiyasının professor-müəllim heyəti ilə görüşmüşlər.

    Tələbələr Əməkdar İncəsənət Xadimi, BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, professor Gülnaz Abdullazadə, Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova, Əməkdar müəllim, BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin qəbulunda olmuş, onlar tələbələrin dərsləri, problemləri ilə maraqlanmış, uğurlar arzulamışlar. 

    Tələbələr də onlara yaradılan şəraitə və dəstəyə görə Akademiyanın rəhbərliyinə-başda Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyliyə və professor-müəllim heyətinə dərin təşəkkürlərini bildirmişlər.

    Asudə vaxtlarında isə tələbələr Bakı şəhərində keçirilən müxtəlif tədbirlərə baş çəkdilər, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutan konsertləri böyük maraqla izlədilər.