7 oktyabr 2024-cü il
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirildi.
Tədbirdə giriş sözü ilə Akademiyanin Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva və Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Qafulov çıxış etdilər. Onlar müəllimləri peşə bayramı münasibətilə təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzuladılar. Sonra “Simli alətlər”kafedrasının professoru Hökümə Əliyeva, “Musiqi tarixi” kafedrasının professoru Kəmalə Ələsgərli, “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti Elmira Pənahova, “İxtisas fortepiano” kafedrasının müəllimi Cəmilə Əmirova, “Humanitar fənnlər” kafedrasının müəllimi Yaqut Quliyevaya fəxri fərman, gül dəstəsi və maddi yardım təqdim edildi.