• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    18 sentyabr 2024-cü il

    18 sentyabr ölkəmizin bütün musiqiçiləri üçün çox mühüm və əlamətdar bir gündür - Milli Musiqi Günü. Hamını ürəkdən təbrik edirəm, əziz dostlar, həmkarlar, musiqisevərlər! Böyük Üzeyir bəyin ruhu şad olsun! Allah rəhmət eləsin Müslüm Maqomayevə!
    Məmnuniyyətlə bildirmək istərdim ki, bu gün “Musiqi dünyası” jurnalının yubiley, 100-cü nömrəsi işıq üzü görüb.
    Və daha bir əlamətdar tarix - jurnalın ilk nömrəsi düz 25 il əvvəl - 1999-cu il sentyabrın 18-də işıq üzü görmüşdür.
    Bu illər ərzində “Musiqi dünyası” jurnalı peşəkarlar arasında böyük nüfuz qazanıb. Alim musiqişünaslarımızdan hansının - istər yaşlı nəslin, istərsə də nisbətən gənc nəslin orada elmi məqalələrini dərc etmədiyini söyləmək çətindir.  Təvazökarlıq olmadan deyə bilərəm ki, jurnal həm respublikada, həm də onun hüdudlarından kənarda böyük və layiqli nüfuz qazanmışdır - jurnalda vaxtaşırı aparıcı xarici alimlərin məqalələri də dərc olunur. Bunu da böyük nailiyyət hesab edirəm. Sözlərimi təsdiqləmək üçün sizin üçün bir neçə fotoşəkil çəkdiyim jurnalın məzmunu ilə tanış ola bilərsiniz.
    Bunu da böyük nailiyyət hesab edirəm.
    ***
    18 сентября очень важный  и знаменательный день для всех музыкантов нашей страны - национальный День Музыки. Поздравляю всех: дорогие друзья, коллеги, любители музыки! Светлая память великому Узеир  беку! Аллах рехмет елесин Муслим Магомаева!
    Рада сообщить, что именно сегодня,  вышел юбилейный, 100-ый номер журнала "Musiqi dünyası". 
    И еще одна знаменательная дата - первый номер журнала вышел ровно 25 лет назад -18 сентября 1999 года. 
    За эти годы "Musiqi dünyası" приобрел большой авторитет среди профессионалов. Сложно сказать, кто из наших  ученых музыковедов - как старшее поколение, так и более молодое - не публиковал в нем свои научные статьи.  Без ложной скромности отмечу, что журнал приобрел большой и заслуженный авторитет как в республике, так и за рубежом - в журнале периодически печатаются статьи ведущих иностранных специалистов.  Что также считаю большим достижением. В подтверждение моих слов, можете ознакомиться с содержанием журнала. Для вас я сделала несколько фото.

    https://mir24.tv/news/16603071/den-nacionalnoi-muzyki-otmetili-v-azerbaidzhane