• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    7 sentyabr 2024-cü il

    7 Sentyabr 2024-cü il tarixində Hava keyfiyyətinin yaxşılaşdırılması, atmosferə atılan tullantıların azaldılması və cəmiyyətin bu mövzuda maarifləndirilməsi məqsədilə təsis olunan “Mavi Səma üçün Təmiz Hava” günü Abşeron Milli Parkında qeyd olundu.

    Tədbir çərçivəsində "Mavi səma, təmiz hava - bizi birləşdirən həllərə doğru" çağırışı ilə qaçış marafonu, veloyürüş, təlimlər, ustad dərs, viktorina, yoqa, musiqili proqram, rəsm çəkilişi, uşaq guşəsi kimi maraqlı və interaktiv proqramlar təşkil edildi. 

    Musiqili hissədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 2-ci kurs tələbəsi Natella Quliyeva Celine Dionun “Misled” əsəri ilə çıxış etdi. 

    Qeyd edək ki, bu tədbir də COP-29 çərçivəsində həyata keçirilən tədbirlərdən biridir.