• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    17 may  2024-cü il

    17 may 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  COP29 “İqlim dəyişmələri” mövzusunda dəyirmi masa keçirildi. 

    Qeyd edək ki, layihənin prodüseri Bakı Musiqi Akademiyasının “Azərbaycan ənənəvi və müasir texnologiyalar” kafedrasının prodüseri, professor  Mina Hacıyevadır. 

    Tədbirə başlamadan öncə Mina xanım Hacıyeva hər kəsi salamlayaraq, tədbirin xüsusi qonağı yazar, tərcüməçi, ictimai fəal Rüstəm Mirzəyevi tamaşaçılara təqdim etdi.

    Rüstəm Mirzəyev Cop 29 “İqlim dəyişmələri” mövzusunda geniş söhbət aparıb, dünyada baş verən iqlim dəyişmələri, insanlar tərəfindən ətraf mühitin çirkləndirilməsi, təbiətin qorunmasının vacibliyi haqqında ətraflı məlumat verdi. O, eyni zamanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un bu il noyabr ayında Azərbaycanda keçiriləcəyini də bildirdi. 

    Həmçinin tələbələr də dəyirmi masada yaxından iştirak edib, mövzuya əsaslanaraq müəyyən təkliflər irəli sürdülər və onları maraqlandıran suallar cavablandırıldı.

    BMA-nın Tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva da öz növbəsində maarifləndirici tədbir üçün Mina xanım və Rüstəm Mirzəyevə təşəkkürünü bildirib, tələbələrin Cop 29 bağlı layihələrdə yaxından iştirak etmələrinin zəruri olduğunu vurğuladı.