• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    16 may  2024-cü il

    16 may 2024-cü il tarixində Avropa Azərbaycan Məktəbinin 9 nəfər 4-cü sinif şagirdləri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına ekskursiyaya gəlmişlər.

    Ekskursiya zamanı şagirdlər SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, dirijor Ramiz Məlik Aslanın rəhbərliyi altında Ü.Hacıbəyli adına BMA-nın tələbə simfonik orkestrinin məşq zamanı ifalarını dinlədilər, orqan sinfinə gedib, Əməkdar incəsənət xadimi, Əməkdar müəllim, professor Rasimə Babayevanın, sonra vokal sinfinə gedib SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan SSR Dövlət mükafatı laureatı, professor Fidan Qasımovanın, zərb alətləri sinfində Firuz Hüseynovun dərs prosesində iştirak etdilər, musiqi alətlərilə tanış olub, tələbələrin ifalarını dinlədilər. Həvəskar şagirdlər hətta zərb alətlərində ifa etməyə cəhd göstərdilər.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasına səfər edən şagirdlər klassik musiqi dünyasına qərq olub, görkəmli musiqi xadimləri ilə tanış oldular və onlarla, BMA-nın önündə xatirə şəkilləri çəkdirərək, xoş təəssüratlarla ayrıldılar.