• Bütün bunlara görə Üzeyir Hacıbəyovun yaradıcılığı Azərbaycan xalqının milli sərvətidir. 

    Üzeyir Hacıbəyov şəxsiyyəti Azərbaycan xalqının iftixarı, bizim milli iftixarımızdır.

     

    Heydər Əliyev

     

  • Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim yaradıcılığımızı xalq qiymətləndirir.

    Çunki xalq yalnız yaradıcı, yalnız bəstəkar deyildir; xalq eyni zamanda misilsiz tənqidçi və musiqi

    əsərlərinin ən yaxşı «istehlakçısıdır», xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir.

     

    Üzeyir Hacıbəyli

  • Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı, məşhur sovet bəstəkarı Üzeyir Hacıbəyovun musiqisi xalqımızın

    ürəyində yaşayır, onun mə'nəvi həyatını zinətləndirir. Zaman bu böyük iste'dadın qurduğu əzəmətli

    binanı sarsıtmaqdan nəinki acizdir, əksinə, onun getdikcə daha da möhkəmləndiyinə şahid olur.

     

    Qara Qarayev

  • Üzeyir məni özünə xas təmkinlə, çox mehriban bir münasibətlə qarşıladı.

    O gündən başlayaraq, ömrünün axırına qədər ölməz sənətkarın hərarətli münasibətini duydum.

    İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get-gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım...

     

    Fikrət Əmirov

    6 may  2024-cü il

    Ümummilli  Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş NƏFƏS VƏ ZƏRB ALƏTLƏRİ İFAÇILARININ  FİKRƏT ƏMİROV adına I BEYNƏLXALQ MÜSABİQƏSİ çərçivəsində 06 may 2024-cü il tarixində müsabiqənin münsiflər heyətinin sədri

    Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Şəxsi Həyət Baş İdarəsi Hərbi Orkestr xidmətinin sabiq rəisi, General-mayor, professor Yusif Axundzadə və münsiflər heyətinin üzvləri Qazaxıstan Respublikasının əməkdar mədəniyyət işçisi, professor, Beynəlxalq Dirijorlar Assosiasiyasının üzvü Axmetov Kanat Muginoviç, Beni Eqreşşi adına İslahat İncəsənət Orta Məktəbinin direktoru, “Bax hamı üçün” festivalının direktoru Zalan Kovaç (Macarıstan), Beni Eqreşşi adına İslahat İncəsənət Orta Məktəbinin direktor müavini, Budapeştdə yerləşən Vyana Konservatoriyasının professoru İstvan Varqanın Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr, sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor, Xalq artisti, müsabiqənin təşkilat komitəsinin sədri Yeganə Axundova ilə rəsmi görüşü baş tutdu.

    Görüşdə mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasının vacibliyi vurğulanmış, ölkələrarası əməkdaşlıqla bağlı maraq doğuran digər məsələlər müzakirə edilmişdir.

    Sonda görüşdən xatirə şəkilləri çəkdirildi.