18 aprel 2024-cü il
18 aprel 2024-cü il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova və eyni şöbənin məsləhətçisi Ləman Mollayeva tərəfindən icbari tibbi sığorta mövzusunda maarifləndirici görüş keçirildi.
Agentliyin əməkdaşları müəllim və tələbələrə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s. barədə məlumat verdilər.
Görüş hər kəs tərəfindən maraqla qarşılandı.