4 aprel 2024-cü il
2023-cü il noyabr ayından başlayaraq, 2024-cü ilin aprel ayına qədər davam edən Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən təşkil edilən “Karyera məsləhətçilərinin Təkmilləşdirilməsi proqramı” başa çatdı.
Qeyd edək ki, layihənin rəhbəri Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının əməkdaşı Jalə Bənnayevadır.
04 aprel tarixində “Karyera məsləhətçilərinin Təkmilləşdirilməsi proqramı”nın nəzəri və praktiki hissəsini uğurla başa vuran Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Karyera mərkəzinin mütəxəssisi İlahə Allahverdiyevaya Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının müdir müavini Adil Abdullayev tərəfindən sertifikat təqdim olunmuşdur.